Xəbərlər 15.11.2022 20:11 1229

"Ürəkləri qoruyaq" layihəsinin növbəti tədbiri Şəmkirdə keçirilib

15 noyabr 2022-ci il Şəmkir şəhəri Gənclər Evində “Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi Ürəkləri qoruyaq” – Regionlarda ürək-damar xəstəlikləri və onların profilaktikası mövzusunda maarifləndirmə adlı layihəsinin növbəti tədbiri ugurla həyata keçirildi. 

 

Şəmkir sakinlərinin, ürək qüsurlu vətəndaşların və uşaqların valideynlərinin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ruhid Hacıyev İcra Hakimiyyətinin Başçısı adından qonaqları salamlayaraq, müzakirə olunacaq mövzunun aktual olduğunu qeyd etdi.  

 

Layihənin rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri Sveta Rəfiyeva layihə və mövzu barədə geniş çıxış etdi, tədbir iştirakçılarının suallarını cavablandırdı. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparıldı. 

 

Layihənin məqsədi ürək-damar sistemi xəstəliklərinin riski olan əhali qrupunu və ürək qüsuru olan uşaqların valideynlərinə bu xəstəliklər, onların profilaktikası barədə geniş məlumatlandırmaqla yerlərdə əhalinin sağlamlığının yaxşılaşmasına qismən də olsa nail olmaq, xəstəliklərin qarşısını almaq və xəstəliklərə nəzarət etməklə insan potensialının inkişafına sosial-iqtisadi baxımdan yardımçı olmaqdır.

 

Layihə 9 rayonu - Şamaxı, Agdaş, Biləsuvar, Şirvan, Astara, Lənkəran, Gədəbəy, Şəmkir, Kürdəmir rayonlarını əhatə etməklə 3 ay müddətində (1 sentyabr-1 dekabr 2022-ci il) icra ediləcəkdir. 

 

Layihə çərçivəsində 9 bölgədə - Lənkəran, Astara, Biləsuvar, Şamaxı, Şirvan, Gədəbəy, Şəmkir, Kürdəmir, Agdaşda bu xəstəliklərin risk qrupuna daxil olan vətəndaşlar və ürək qüsuru olan uşaqların valideynləri arasında ürək-damar xəstəlikləri, onların profilaktikası barədə maarifləndirmə tədbirləri təşkil ediləcəkdir.   

 

Layihə üzrə növbəti tədbir Kürdəmir şəhərində olacaqdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı