Məktəblərdə son dövrlər baş verən xoşagəlməz hadisələr yeniyetmələrin psixo-emosional vəziyyətinin gərgin olduğunu göstərir. Xüsusilə keçid dövründə olan şagirdlərin üzərinə düşən dərs yükü, ali məktəblərə hazırlıq prosesi və intensiv təhsil qrafiki onların psixologiyasına ciddi təsir edir.
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında qeyd edib ki, məktəblərdə yalnız psixoloq və müəllimlərlə kifayətlənmək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, məktəb və valideyn əməkdaşlığı gücləndirilməli, uşaqların davranışı və psixoloji vəziyyəti birgə nəzarətdə saxlanılmalıdır. Valideyn iclasları formal xarakter daşımamalı, ailələrlə daha sıx ünsiyyət qurulmalı və şagirdlərin həyat tərzinə diqqət yetirilməlidir.
Zülfiyyə Nuriyeva: "Müasir dövrün məncə ən böyük bəlası bu internet, qlobal dünyanın ən ciddi problemi telefonlardır. Bu telefonlar artıq bizim həyatımıza o qədər təsir edir ki, biz belə bunun təsirindən arada çıxmaqda çətinlik çəkirik. Yəni çox təəssüfedici bir vəziyyətdir ki, sinif yoldaşı, məsələn, bizim dönəmimizdə biz bugünə qədər sinif yoldaşlarımızı hər zaman sevgi ilə xatırlayırıq. O illər bizim üçün çox əvəzolunmazdır. Amma bugün iki sinif yoldaşının, 9 il bir sinifdə oxuyan iki uşağın bir-birinə qarşı bu qədər aqressiyasının səbəbləri nə ola biləcək?tək məktəbin psixoloqu ilə məsələ kifayətlənməməlidir. Tək sinif müəlliməsi ilə, sinif rəhbəri ilə şagird arasında münasibət kifayətlənməməlidir. Məktəb birbaşa valideynlə təması gücləndirməlidir. Yeniyetmələrin, uşaqların, gənclərin tərbiyəsində valideynlə müəllimlər bir yerdə işləməlidirlər. Yəni ildə ayda bir dəfə valideyn iclası ilə və xüsusilə bu iclasların əsas mövzusu olan uşağın təhsilini tənqid etməyi və yaxud da davranışını tənqid etməklə bitməli deyil. Bunlar birbaşa ailələrlə təmasda olmalıdırlar. Onların yaşam tərzi ilə maraqlanmalıdırlar. Bu uşaqların aqressiyasının səbəbi bəlli olmalıdır. Məktəbə giriş çıxışda çox vacib məsələdir. Son dövrlərdə də görürük ki, mütləq şəkildə uşaqları ciddi şəkildə yoxlamaq lazımdır".
"Düşünürəm ki, ailə və məktəb arasında sıx əlaqələrin, əməkdaşlığın yaranmasının vaxtı çoxdan çatıb. Ona görə də burada tək yeniyetmələri qınamaq deyil, birbaşa valideynlərin də məsuliyyətli olmasını dərk etməlidirlər və uşaqların təhsilində, ictimai davranışında, sinif yoldaşlarına qarşı olan münasibətdə hər zaman onlarla birgə olmalıdırlar".- deyə o açıqlamasında qeyd edib.
Zəhra Ağayeva






