Türkiyə və Bakı daxil olmaqla müxtəlif bölgələrdə leysan yağışlar və sel fəlakətləri böyük problemlər yaradır. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli urbanizasiya və şəhərsalma proseslərinin gələcəkdə belə təbii fəlakətləri nəzərə alaraq daha düzgün planlaşdırılmalı olduğu haqda QHT.az-a açıqlama verib.
QHT.az həmin açıqlamanı təqdim edir:
"Dünyanın bir çox regionları o cümlədən qardaş Türkiyə leysan yağışlar, sel fəlakəti ilə üzləşib. Yəqinki inşaat mühədisləri, ekspertlər gələcək inşaat işlərində, ümumilikdə şəhərsalma işlərində bu acınacaqlı durumu nəzərə alacaqlar. Təəssüf ki, Bakı şəhəri və ətraf qəsəbələrdə də oxşar hallar baş vermişdi. Nəzərə alınmayan belə təbii fəlakətlərdən sığortalanmaq, ciddi itkilərlə üzləşməmək üçün urbanizasiya prosesi ciddi təhlil olunmalıdır. Şəhərin və ətraf qəsəbələrin infrastrukturu gözlənilən təbii fəlakətlərə, leysan yağışlara uyğun tənzimlənməlidir. Əks təqdirdə böyük itkilər qaçılmazdır".






