Paytaxtda metro xətlərində yaranan müvəqqəti fasilə sərnişinlərin hərəkətində çətinliklərə səbəb olub. Bu səbəbdən ictimai nəqliyyatın fasiləsiz işləməsi və sərnişin axınının tənzimlənməsi üçün əlavə tədbirlər görülür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov QHT.az-a açıqlamasında bildirib ki, metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir. Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur.

Zəhra Ağayeva