YouTube reklam blokerləri olan istifadəçilərin baxışlarını saymağı dayandırıb.

QHT.az xəbər verir ki, 2025-ci ilin avqustundan etibarən dünyanın müxtəlif yerlərində YouTuberlər masaüstü kompüterlərdən gələn baxışların 50%-ə qədər azaldığını müşahidə ediblər. Mobil qurğular və televizorlarda isə göstəricilər sabit qalıb.

Google-un şərhinə görə, reklam blokerlərindən istifadə izləyici statistikasına təsir edir. Artıq bu cür genişləndirmələri aktiv olan izləyicilərin baxışları kanalların statistikasında nəzərə alınmır.

Maraqlıdır ki, baxışların azalması reklam gəlirlərinə təsir göstərməyib. Bu isə YouTube-un həmin baxışları yalnız statistika üçün istisna etdiyini, monetizasiya hesablamalarında isə saxladığını göstərir.

Yeni siyasət bloqerlərin görünməsinə və reytinqinə mənfi təsir edə, izləyiciləri isə YouTube Premium-a abunə olmağa və ya reklamlara baxmağa məcbur edə bilər.

 

R.İmanov