1400 il yaşı olan sikkələrdə Bizans imperatoru Yustindən tutmuş, İmperator Heraklisin erkən hakimiyyətinə qədər müxtəlif imperatorların təsvirləri var.
QHT.az xəbər verir ki, arxeoloqlar Qalileya dənizi yaxınlığında təxminən 1400 il yaşı olan və Bizans dövrünə aid nadir qızıl sikkələr və zinət əşyaları dəfinə aşkar ediblər. Dəfinə 97 xalis qızıl sikkə və onlarla zinət əşyası, o cümlədən mirvari, yarımqiymətli daş və şüşə ilə bəzədilmiş sırğalar var idi. Arxeoloji qrup Colan təpələrinin yamaclarında yerləşən qədim Hippos şəhərini (həmçinin Susita kimi tanınır) araşdırarkən xəzinəni aşkar edib. Bu, o dövrə aid regionda tapılan ən böyük beş qızıl dəfinədən biridir. Zərgərlik məmulatlarının və kiçik sikkələrin əlavə edilməsi onu daha da maraqlı və numizmatik əhəmiyyət kəsb edir. Bu, Hipposda tapılan ilk dəfinədir.
R.İmanov












