Meta iOS üçün WhatsApp-da yeni funksiyalar təqdim edib.
QHT.az xəbər verir ki, ən diqqətçəkəni Live Photo dəstəyidir – istifadəçilər iOS qalereyasında olduğu kimi “canlı” fotoları göndərə və səsli-animasiyalı şəkildə izləyə biləcəklər.
Bundan əlavə, tətbiqə fərdiləşdirilmiş söhbət mövzuları, yeni stikerlər, qrup axtarışının təkmilləşdirilməsi, həmçinin Android-də sənədlərin skan edilməsi və Meta AI ilə videozəng fonlarının yaradılması funksiyaları əlavə olunub.
Şirkət bildirir ki, Live Photo funksiyası mərhələli şəkildə tətbiq olunur.
R.İmanov












