Hindistan Tərəvəz Tədqiqat İnstitutunun alimləri başqa bir kənd təsərrüfatı araşdırmasında eyni anda üç tərəvəz istehsal edə bilən yeni hibrid bitki hazırlayıblar.
QHT.az xəbər verir ki, peyvənd texnikası ilə yaradılan hibrid bitkidən badımcan, pomidor və bibər tərəvəzləri yetşir. Elm adamları bildirib ki, hibrid bitkisi oktyabrda və martda əkilib. Bir bitkidən təxminən 3 kq pomidor və 2,5 kq badımcan istehsal etmək potensialı var. Bundan əlavə, o, bu bitkilərin mətbəx bağçalarında, həyətyanı sahələrdə və kiçik tarlalarda asanlıqla becərilməsinin mümkün olduğunu vurğulayıblar.
Pərvanə Fərhadqızı












