İqtisadiyyat və İdarəetmə fakültəsi yeni layihə təqdim edir!
QHT.az xəbər verir ki, "Yaşıl UNEC” İli münasibətilə İqtisadiyyat və İdarəetmə fakültəsi “Yaşıl dünya üçün Yaşıl iqlim” adlı mövzuda videoçarx müsabiqəsinə start verir. Müsabiqəyə yalnız mövzuya aid videoçarxlar qəbul olunacaq. Videoçarxın minimal müddəti 2 dəqiqə olmalıdır.
Müsabiqədə yer tutmuş tələbələr sertifikat və hədiyyələrlə təltif olunacaqlar.
Qeydiyyat linki: https://forms.gle/8a6oqh3iW9s98SrB7
Qeydiyyat üçün son tarix: 29 fevral 2024-cü il












