Fransanın Xorvatiyadakı səfirliyi və Xorvatiya Hökumətinin QHT-lərlə Əməkdaşlıq Ofisi vətəndaş cəmiyyəti təşkilatları üçün yeni qrant müsabiqəsi elan edib. Proqram media savadlılığı, gender bərabərliyi, davamlı inkişaf, vətəndaş fəallığı və ictimai maarifləndirmə sahələrində fəaliyyət göstərən təşkilatlara dəstək göstərməyi hədəfləyir. 

QHT.az xarici mediaya istinadən bildirir ki, müsabiqə çərçivəsində hər layihə üçün 4 min avroyadək maliyyə dəstəyi ayrılacaq. Layihələr konfranslar, təlimlər, seminarlar, ictimai kampaniyalar və digər maarifləndirici fəaliyyətləri əhatə edə bilər. Təşkilatçılar bildiriblər ki, təşəbbüs vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsinə və ictimai iştirakçılığın artırılmasına xidmət edir.

Müraciətlər 5 iyul 2026-cı il tarixinədək qəbul olunacaq.

Piranə Xasiyeva