CGIAR-ın icraçı idarəedici direktoru Ismahane Elouafi hesab edir ki, kənd təsərrüfatına ayrılan iqlim maliyyəsinin həcmi sektorun iqlim dəyişikliyinə təsiri ilə müqayisədə olduqca aşağıdır.

QHT.az xarici mediaya istinadən bildirir ki, o, London Climate Action Week çərçivəsində bildirib ki, kənd təsərrüfatı qlobal istixana qazı emissiyalarının təxminən 33 faizinə cavabdeh olduğu halda, iqlim maliyyəsinin cəmi 3 faizi bu sahəyə yönəldilir.

Elouafinin sözlərinə görə, bu balans məntiqə uyğun deyil və kənd təsərrüfatının iqlim dəyişikliyi ilə mübarizədə həm problemin, həm də həllin əsas hissəsi olduğu nəzərə alınaraq, maliyyələşdirmə əhəmiyyətli dərəcədə artırılmalıdır.

Ekspert vurğulayıb ki, noyabrda keçiriləcək COP31 konfransı ərəfəsində kənd təsərrüfatının iqlim siyasətində daha prioritet mövqe tutması vacibdir.

Piranə Xasiyeva