"Konstitusiya" Araşdırmalar Fondu vətəndaşlara ərizə və ya şikayətlərin hazırlanmasında ödənişsiz hüquqi dəstək göstərir.

Bu barədə Fondun rəhbəri Əliməmməd Nuriyev özsosial media hesabında paylaşım edib.

QHT.az həmin paylaşımı təqdim edir:

"Gündəlik həyatda qarşılaşdığınız sosial, infrastruktur, səhiyyə, təhsil və ya digər problemlərlə əlaqədar dövlət qurumlarına rəsmi müraciəti (ərizə və ya şikayəti) hüquqi cəhətdən necə düzgün tərtib edəcəyinizi bilmirsiniz?

"Konstitusiya" Araşdırmalar Fondunun təcrübəli hüquqşünasları Sizə bu məsələdə tamamilə ödənişsiz kömək edəcəklər! 

Biz sizin probleminizi öyrənəcəyik; Sizinlə birgə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi müraciət hazırlayacağıq.

• Xidmətlərimiz tamamilə ödənişsizdir.
• Sürətli və hüquqi dəstək.
• Kömək almaq üçün (050 5173720) nömrəsi ilə əlaqə saxlayın".