ABŞ-nin beynəlxalq aclıqla mübarizə üzrə əsas proqramı olan "Food for Peace" ciddi kadr çatışmazlığı ilə üzləşib. Əvvəllər USAID tərəfindən idarə olunan proqram hazırda ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) verilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, əvvəllər proqramı idarə edən 300 əməkdaşın əvəzinə hazırda cəmi 10 nəfər çalışır. Bu isə proqramın səmərəli fəaliyyəti ilə bağlı narahatlıqları artırıb.

Məlumata görə, dünyada 260 milyondan çox insan kəskin aclıq riski altındadır. "Food for Peace" proqramının maliyyə portfeli isə 1,2 milyard dollar təşkil edir. Ekspertlər bildirirlər ki, bu qədər böyük proqramın məhdud sayda əməkdaşla idarə olunması humanitar yardımın effektivliyini risk altına qoya bilər.