ABŞ-nin ən böyük beynəlxalq ərzaq yardımı proqramlarından biri olan Food for Peace ciddi kadr çatışmazlığı ilə üzləşib. Məlumata görə, hazırda proqramın 1,2 milyard dollarlıq portfeli cəmi 10 müvəqqəti əməkdaş tərəfindən idarə olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, problem proqramın ötən ilin dekabrında U.S. Agency for International Development-dən United States Department of Agriculture-ya verilməsindən sonra yaranıb. Halbuki proqram USAID-in tabeliyində olduğu dövrdə onun idarə olunmasına təxminən 300 əməkdaş cəlb edilirdi.
USDA-nın Xarici Kənd Təsərrüfatı Xidmətinin (FAS) əməkdaşları bildiriblər ki, yeni işçilərin işə qəbuluna icazə verilmədiyi üçün mövcud personal bir neçə nəfərin iş yükünü daşımağa məcbur qalır.
Onların sözlərinə görə, bu vəziyyət proqramın normal fəaliyyətini çətinləşdirir və ABŞ-ın beynəlxalq ərzaq yardımı təşəbbüslərinin səmərəliliyinə mənfi təsir göstərə bilər.
Piranə Xasiyeva






