Almaniyanın Hamburq şəhərində keçirilən Hamburg Sustainability Conference 2026 qlobal dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın gələcəyinə həsr olunub. Təxminən 3 min iştirakçının qatıldığı tədbirdə iqlim, iqtisadiyyat və inkişaf siyasətləri geniş müzakirə edilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, konfransın sədri, Achim Steiner bildirib ki, tədbirin əsas məqsədi iqlim dəyişikliyinə yalnız ekoloji problem kimi deyil, sənayeləşmə, mənzil təminatı, dövlət borclanması, su təhlükəsizliyi və iqtisadi rəqabət qabiliyyəti ilə əlaqəli kompleks məsələ kimi yanaşmaqdır.

Onun sözlərinə görə, dayanıqlılıq uzun müddət cəmiyyətə "fədakarlıq" kimi təqdim olunub. Halbuki bu yanaşma iqtisadi inkişaf, yeni imkanlar və uzunmüddətli faydalar yarada bilər.

Konfrans çərçivəsində Almaniya həmçinin qlobal inkişaf sahəsində Şimal və Cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş yeni Cənub–Şimal İnkişaf Komissiyasının fəaliyyətə başladığını da elan edib. Bu təşəbbüs borc yükü, ticarət, iqlim maliyyələşdirilməsi və çoxtərəfli sistemin islahatı üzrə yeni tövsiyələrin hazırlanmasını hədəfləyir.

Piranə Xasiyeva