İnter-Amerika İnkişaf Bankı (IDB) tarixində ilk dəfə olaraq nüvə enerjisi layihələrinin maliyyələşdirilməsinə qoyulan qadağanı ləğv edib. Bu qərarın Latın Amerikası və Karib hövzəsində enerji investisiyalarına təsir göstərəcəyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, bankın 2026–2030-cu illər üçün hazırladığı yeni Enerji Tematik Çərçivə Sənədində nüvə enerjisinə mərhələli yanaşma nəzərdə tutulur.

Sənədə əsasən, ilk mərhələdə təhsil və institusional potensialın gücləndirilməsinə dəstək veriləcək. Sonrakı mərhələdə isə əldə olunan nəticələrdən asılı olaraq, təhlükəsizlik və siyasət çərçivələrinə uyğun şəkildə yeni nüvə texnologiyalarının maliyyələşdirilməsi imkanları araşdırılacaq.