“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Samux rayonunda yaşayan şəhid ailələrini ziyarət edib!

QHT.az xəbər verir ki, 2019-cu ilin sentyabr ayında şəhid olan MAXE Elyarbəy Məmmədov, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan MAXE Qəzənfər Abdullayev, əsgər Ağamməd Ağamalıyev, əsgər Babək Cəfərov, həmçinin 2023-cü ildə keçirilən antiterror əməliyyatları zamanı şəhid olan mayor Sənan Qasımov və leytenant Füzuli Məmmədovun ailələrini ziyarət edən Sevinc Orucova ailələrin problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.