Bu gün Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın anım günüdür.

QHT.az xəbər verir ki, o, 1992-ci ilin 27 iyulunda 69 yaşında dünyasını dəyişib. Səhnə fəaliyyətinə 16 yaşında başlayan aktrisa müxtəlif teatrlarda çalışıb. Həm lirik, həm komik rolların ifaçısı kimi tanınan Nəcibə Məlikova “Azərbaycanfilm” kinostudiyasında da işləyib. “Şeyx Sənan”, “Vaqif”, “Lənkəran xanının vəziri” tamaşalarında, “Ögey ana”, “Aygün”, “Əhməd haradadır”, “Arşın mal alan” filmlərində yaddaqalan obrazlar yaradıb.

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Vüsalə Məmmədzadə bildirib ki, Milli Televiziyanın ilk verilişi günü ekranda gözəl aktrisa Nəcibə Məlikova göründü və çıxışını "Göstərir Bakı"! kəliməsi ilə açdı: “Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibəti ilə təbrik edir. Elə həmin gün də tamaşaçılara "Bəxtiyar" bədii filmi nümayiş olunur”.

Ruhun şad olsun əbədi yaşar aktrisamız!

 

Pərvanə Fərhadqızı