"Təmas» RİİB  yanvar  ayından etibarən ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycandakı Amerika Mərkəzlərinin dəstəyi ilə «Qadın Resurs Mərkəzləri » layihəsinin icrasına başlamışdır. 

 

QHT.az xəbər verir ki, layihə 4 Amerikə mərkəzində (Gəncə, Kürdəmir, Salyan, Xaçmaz) həyata keçiriləcəkdir. Artıq aprel ayından Xaçmaz Amerika Mərkəzində seçim mərhələsi başa çatmış və 25 qadın inkişaf təlmlərinə başlamışlar.

 

 9 aprel 2022-ci il tarixində təşkilatın əməkaşları Kubra Alekberova və Sudaba Mamedova Xaçmaz Amerika Mərkəzində səfərdə oldular. Layihə benefisarlarının iştirak etdiyi görüşdə "Gender bərabərliyi"  mövzusunda təqdimat edildi.  Görüşdə gender bərabərliyinin mahiyyəti,  gender əsaslı zorakılıq, onun tarixi, zorakılqla mübarizə yolları, cəmiyyətdə mövcud stereotiplər və s. mövzular ətrafında müzakirələr aparıldı.