Aprelin 8-də Qusar rayonu Gənclər Evində "Azərbaycan Əlillər Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” adlı layihəsi üzrə növbəti tədbirini keçirib.
Tədbir çərçivəsində Qarabağ Müharibəsi əlilləri üçün sosial təminat mexanizmlərinin və imtiyazların əlçatanlığının onların məmnunluğu, layiq olduqları münasibətin göstərilməsi və imkanların yaradılmasından və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.












