Bu gündən etibarən “WhatsApp” messenceri milyonlarla “Android” smartfonunu dəstəkləməyi dayandırıb – proqram artıq onlar üzərində işləməyəcək. Telefonlarını dəyişməyi həqiqətən sevməyən istifadəçilər əziyyət çəkəcəklər.
QHT.az xəbər verir ki, siyahıya bu cihazlar daxildir:
Samsung Galaxy Note 2;
Samsung Galaxy S2;
Samsung Galaxy Nexus;
Samsung Galaxy Tab 10.1;
HTC One;
HTC Desire HD;
HTC Sensation;
LG Optimus 2X;
Nexus 7;
LG Optimus G Pro;
Sony Xperia Z;
Sony Xperia S2;
Sony Ericsson Xperia Arc3;
Motorola Xoom;
Motorola Droid Razr.
Bunlar 2011-2012-ci illərdə buraxılmış olduqca köhnə cihazlardır və buna baxmayaraq, Google statistikasına görə, təxminən 15 milyon istifadəçi tərəfindən istifadə olunur. Bununla belə, onlar dərhal deyil, tədricən sıradan çıxarılacaq. Yeri gəlmişkən, iPhone sahibləri üçün şərtlər dəyişməyib - WhatsApp-ın optimal işləməsi üçün onlara hələ də iOS 12 və ya daha sonrakı əməliyyat sisteminə əsaslanan smartfon lazımdır.
Pərvanə Fərhadqızı












