Apple, watchOS 27 yeniləməsindən qısa müddət sonra watchOS 27.0.1 versiyasını istifadəyə verib. Yeniləmə əsasən yeni Apple Watch Series 12 və Apple Watch Ultra 4 modellərində yaranan gözlənilməz yenidən başlama problemini aradan qaldırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, istifadəçilər saat kadranını dəyişmək, zəng etmək, Siri-dən istifadə etmək, Apple Maps və App Store-u açmaq, məşq qeydiyyatına başlamaq kimi müxtəlif əməliyyatlar zamanı cihazın qəfil yenidən başladığını bildiriblər. Bəzi hallarda isə saat heç bir əməliyyat aparılmadan da yenidən başlayıb.

watchOS 27.0.1 bu problemi düzəltsə də, Apple nasazlığın konkret səbəbini açıqlamayıb. Yeniləmənin təhlükəsizlik boşluqlarının aradan qaldırılmasına yönəldiyi barədə də məlumat yoxdur.