Google DeepMind rəhbəri Koray Kavukçuoğlu şirkətin yeni flaqman süni intellekt modeli Gemini 4 üzərində işlərin son mərhələyə çatdığını açıqlayıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Kavukçuoğlu bildirib ki, modelin əsas təlim prosesi artıq tamamlanıb və hazırda onun performansının və etibarlılığının artırılması üzərində iş aparılır. O, komandanın əldə etdiyi nəticələrdən məmnun olduğunu və inkişaf prosesinin sürətlə davam etdiyini qeyd edib.
Google Gemini 4-ü 2026-cı ilin sonundan xeyli əvvəl istifadəyə verməyi hədəfləyir. Bununla belə, şirkət modelin dəqiq təqdimat tarixini açıqlamayıb.
Qeyd edək ki, Google Gemini 3 seriyasını 2025-ci ilin noyabrında təqdim etmişdi. Şirkət sonrakı dövrdə daha sürətli və kiçik Flash modellərinin inkişafına fokuslanıb.












