QHT rəhbəri və Ət və ət məhsulları üzrə texnoloq kimi hesab edirəm ki, t gündəlik qidalanmamızın əsasıdır. Lakin onun keyfiyyəti, kəsimi və saxlanma şəraiti birbaşa sağlamlığımız deməkdir. AQTA-nın da xəbərdar etdiyi kimi, nəzarətsiz və mikrobioloji çirklənməyə məruz qalmış ət ciddi zoonoz xəstəliklərə yol aça bilər.
Bəs istehlakçı olaraq aldığımız ətin təhlükəsizliyindən necə əmin ola bilərik? Rayonlarda ictimai nəzarəti və şəffaflığı gücləndirmək üçün 5 sadə və effektiv addım:
1-“Ətin mənbəyi” sistemi: Hər bir satış məntəqəsində ətin hansı rəsmi kəsim məntəqəsindən gətirildiyi aydın görünməlidir.
2-Müşayiətedici sənədlər: Baytarlıq nişanı (möhürü) və ekspertiza sənədi olmayan ət satışa qəbul edilməməlidir.
3-Soyuq zəncir: Ətin daşınması və vitrinlərdə saxlanması zamanı temperatur rejiminə ciddi əməl olunmalıdır.
4-İstehlakçı maarifləndirilməsi: Alıcılar mənşəyi məlum olmayan, sənədsiz ətləri almamaq barədə məlumatlandırılmalıdır.
5-İctimai iştirakçılıq: QHT-lər və vətəndaş cəmiyyəti qanun çərçivəsində maarifləndirmə və monitorinq prosesinə cəlb edilməlidir.
MƏQSƏDİMİZ
Sahibkarlara çətinlik yaratmaq deyil! Əksinə, qanuni işləyən qəssabla alıcı arasında etimadı artırmaqdır.
- Gəlin, rayonlarımızda “Ətin mənbəyini bil – sağlamlığını qoru!” prinsipi ilə maarifləndirmə kampaniyalarına başlayaq. Hər birimiz istehlakçı olaraq hüququmuzu tələb edək!
“Araz” Heyvandarlıq Südçülük İctimai Birliyinin sədri Novruz Əliyev












