Venesuelada 2024-cü il prezident seçkilərindən sonra hökumət vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhdudiyyətləri artırmış, QHT-lərdən xarici maliyyələri və yerli benefisiarlar barədə məlumatları dövlət reyestrinə təqdim etməyi tələb etmişdi.

QHT.az xarici mediaya istinadən bildirir ki, 24 iyunda baş verən iki güclü zəlzələ ölkədə ciddi humanitar böhran yaradıb. 6 300-dən çox insan ölüb, 70 mindən çox insanın tibbi yardıma ehtiyacı yaranıb, ev və biznes obyektləri dağılıb.

Böhran zamanı fəaliyyətini dayandırmış bir sıra QHT-lər yenidən işə başlayaraq zərərçəkənlərə yardım edib, itkinlərin axtarışına və həssas icmalara dəstəyə qoşulublar.

Mi Convive təşkilatının nümayəndəsi Luis Palacios bildirib ki, Alimenta la Solidaridad və Mi Convive kimi QHT-lər hökumətdən daha sürətli yerli yardım təşkil edib. Zəlzələlər QHT-lərin humanitar böhran zamanı mühüm rolunu bir daha göstərib.