Oktyabrın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi ilə Tərcümə fakültəsinin birgə təşkilatçılığı ilə “Şuşa əbədi mühiti: Əbdürrəhimbəy Haqverdiyev irsinin təbliği” layihəsi çərçivəsində Əbdürrəhimbəy Haqverdiyevin “Seçilmiş əsərləri” İngilis dilində, kitabının təqdimatı keçirilib.

Təqdimatda Əbdürrəhimbəy Haqverdiyev Mərkəzinin sədri, ədibin nəticəsi Eldar Məlik-Abbas tərəfindən Əbdürrəhimbəy Haqverdiyevin “Seçilmiş əsərləri” kitabının, eləcə də audio kitabının ilk dəfə ingilis dilində nəşr olunmuş variantı təqdim edilib. Təqdimat ingilis və Azərbaycan dillərində aparılıb.

Audio kitab Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin DSpace Rəqəmsal Arxivinə də daxil edilib:

ttp://dspace.adu.edu.az:4000/collections/d6529f2d-5a64-4ca3-b6db-9ece4e1c249d?spc.page=2.
Tədbirdə Eldar Məlik-Abbas, Bakı milyonçusu və xeyriyyəçi mərhum Ağamusa Nağıyevin nəvəsi, professor Dilarə Nağıyeva, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni və Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva çıxış ediblər.

Qeyd olunub ki, bu kimi kitab təqdimatları tələbələrin mütaliəyə marağının artırılması, dünyagörüşünün genişləndirilməsi və intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər gənclərə yeni nəşrlərlə tanış olmaq və əsərin əsas ideyasını daha dərindən anlamaq imkanı yaradır.

Təqdimatın sonunda hər iştirakçı tələbəyə ingilis dilində “Seçilmiş əsərləri” kitabı hədiyyə edilib.