Bu gün Azərbaycan Milli QHT Forumunun ofisində Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi və “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı təşkilatların sahibkarlarla əməkdaşlıq üzrə iş təcrübəsi, korporativ sosial məsuliyyət prinsipləri barədə müzakirə aparılıb. QHT-lər, dövlət qurumları və sahibkarlar arasında üçtərəfli əlaqələrin təkmilləşdirilməsi istiqamətində konkret təkliflər müzakirə olunub.












