7 oktyabr – Ümumdünya Pambıq Günüdür.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 30 avqust 2021-ci ildə A/RES/75/318 saylı qətnamə ilə hər il 7 oktyabrın Ümumdünya Pambıq Günü kimi qeyd olunmasına qərar verib.
QHT.az xəbər verir ki, qərarın məqsədi pambıq istehsalı, emalı və ticarətinin əhəmiyyəti, eləcə də pambıq sektorundan dolanan milyonlarla insanın qarşılaşdığı problemlər barədə məlumatlılığı artırmaqdır.
Qeyd edək ki, Ümumdünya Pambıq Gününün ilk tədbiri 7 oktyabr 2019-cu ildə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Cenevrədəki mənzil-qərargahında keçirilib. Tədbir “Cotton-4” ölkələrinin təşəbbüsü ilə ÜTT, FAO, UNCTAD, ITC və Beynəlxalq Pambıq Məsləhət Komitəsinin əməkdaşlığı çərçivəsində təşkil olunub.
BMT-nin siyahısında da 7 oktyabr Ümumdünya Pambıq Günü kimi göstərilir.












