ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ixtisarlar və ləğv prosesi nəticəsində işdən çıxarılan keçmiş əməkdaşlar yeni təşkilatlanma forması yaradaraq xarici yardım siyasətini müdafiə etməyə başlayıblar.
QHT.az xarici mediaya istinadən bildirir ki, 2025-ci ilin fevralında Vaşinqtondakı Hart Senat binasında toplaşan keçmiş USAID işçiləri Konqres üzvləri ilə görüşərək agentliyin bağlanmasına qarşı çıxmağa çalışıblar. Lakin fərdi təşəbbüslərin kifayət etmədiyini görərək daha sistemli fəaliyyətə ehtiyac olduğunu anlayıblar.
Keçmiş əməkdaşlar sonradan “Aid on the Hill” adlı təşəbbüsü yaradaraq Konqreslə daha yaxın əməkdaşlıq qurmaq, xarici yardım proqramlarının əhəmiyyətini izah etmək və USAID-in bağlanmasının nəticələrini gündəmə gətirmək məqsədi güdüblər.
Təşəbbüsün əsas nümayəndələrindən Amanda Nataro bildirib ki, işdən çıxarılan mütəxəssislərin təşkilatlanması təbii bir prosesdir və bu insanlar artıq daha koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
Qısa müddətdə genişlənən bu hərəkat xarici yardım siyasətinin gələcəyi ilə bağlı müzakirələrdə yeni bir təsir gücü kimi qiymətləndirilir.






