Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development – EBRD) fəaliyyətini Sub-Sahara Afrikaya genişləndirir. Lakin ekspertlər və sahibkarlar bankın Afrika bazarının yüksək riskləri, qeyri-formal iqtisadiyyatı və fərqli biznes sürətlərinə uyğunlaşıb-uyğunlaşmayacağını müzakirə edirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki, EBRD-nin yeni addımı fonunda əsas sual onun yerli iqtisadi şərtlərə nə qədər çevik uyğunlaşa bilməsidir. Xüsusilə kredit siyasəti və investisiya risklərinin idarə olunması Afrika bazarında çətinlik yarada bilər.

Eyni zamanda, Dünya Bankının “Fragility Forum” tədbirində inkişaf etməkdə olan ölkələrdə sabitliyin gücləndirilməsi və iqtisadi dayanıqlığın artırılması müzakirə olunub. Ajay Banga bu ölkələrdə risklərin azaldılmasının vacibliyini vurğulayıb.