"Rektor Aleksander Tevzadzenin dəvətilə Kutaisi Beynəlxalq Universitetindəyik (KİU). Məqsədimiz əməkdaşlıq istiqamətlərini, o cümlədən birgə ixtisasın açılması, müəllim və tələbə mübadiləsi, birgə tədqiqatlatların aparılması və birgə laboratoriyaların yaradılması imkanlarını müzakirə etməkdir. Müzakirələrin sonunda bu gün Anlaşma Memorandumu imzaladıq".
QHT.az xəbər verir ki, bu sözləri UNEC rektoru Ədalət Muradov bildirib. Onun sözlərinə görə, KİU 160 hektar ərazidə yerləşən və ingilis dilində təhsil verən yeni universitetdir, 2020-ci ildən tələbə qəbuluna başlayıb və Münhen Texniki Universitetlə birgə fəaliyyət göstərir: "Kutaisidə açılmasının əsas səbəbi həmin regionun inkişafına stimul verməkdir. Son hədəfləri tələbə saynı 60 minə çatdırmaqdır. Pedaqoji heyətin böyük bir hissəsi Almaniyadandır".












