BMT-nin Azərbaycanda Gənclərdən ibarət Məşvərət Şurası (UNYAC) zvləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı mesajlarını ölkənin müxtəlif bölgələrində yaşayan gənclərə çatdıracaq və DİM-lərə nail olmaq üçün gənclərin gördüyü işlərə töhfə verəcək.
QHT.az xəbər verir ki, UNYAC üzvləri BMT Azərbaycan və BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edərək 2021-25-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin planlaşdırılması və təhlili ilə bağlı müzakirələrin bir parçası olacaq, BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə razılaşdırılmış məsələlər üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparacaqlar.












