Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının növbəti iclasını keçirilib.
QHTaz xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. Onun sözlərinə görə, iclasda universitetin tarixində ilk dəfə olaraq "UNEC Tələbə Tədqiqatları Jurnalı"nın təsis edilməsinə dair qərar qəbul edilib: "Jurnal ilkin dövrdə ildə iki dəfə nəşr olunacaq və ilk nömrəsi "Yaşıl dünya naminə həmrəylik ilinə" həsr olunacaq. "UNEC Tələbə Tədqiqatları Jurnalı"na məqalələr universitetimizdə tətbiq edilən dörd tədris dilində (azərbaycan, türk, rus və ingilis) qəbul ediləcək. Jurnalla bağlı zəruri işləri görmüş UNEC Tələbə Elmi Cəmiyyətin (TEC) Sədri, UNEC Elmi Şuranın üzvü, III kurs tələbəsi Jalə Teymurlu başda olmaqla TEC-in hər bir üzvünə təşəkkür edir, UNEC tələbələrini təbrik edir, jurnala isə çoxlu oxucu arzulayıram".












