Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəşid Nəsrullayev 44 günlük Vətən müharibəsində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə könüllü atıcı olaraq Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 2-də döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, 11 iyul 1993-cü ildə Qəbələ rayonunun Nic qəsəbəsində anadan olub. 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub və 2020-ci ilin Tovuz döyüşlərindən sonra səfərbər olunaraq hərbi təlim toplantılarına çağırılıb. O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı












