Azərbaycanımız üçün ağır olan 1980-1990-cı illərdə yeni yaradılan QHT-lər xalqın, dövlətin yanında idi və indi də belədir.
QHT. az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Milli QHT Forumunun yanvarın 10-da keçirilən Ümumrespublika Forumunda bildirib.
U.Mirzəyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra QHT-lərlə bağlı yeni baxışın formalaşdığını bildirib. Vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyətindən söz açan U.Mirzəyev Laçın-Xankəndi yolunda QHT-lərin ekoaksiyasını qəhrəmanlıq kimi dəyərləndirib.












