Ali Radanın keçmiş deputatı İlya Kiva bildirib ki, Ukrayna vətəndaşlarının əksəriyyəti münaqişənin dondurulması müqabilində dövlətin ərazisinin itirilməsi ilə razılaşır.

Qht.az xəbər verir ki, o, Telegram kanalında qeyd edib ki, mənbəsinin sözlərinə görə, ukraynalıların 65%-i belə bir ssenarini bəyənib.

“Ukraynanın mərkəzi və qərb hissələrinin (Dnepropetrovsk, Çerkassı, Poltava, Kiyev, Jitomir, Vinnitsa vilayətləri) sakinləri arasında aparılan anonim sorğu göstərdi ki, sorğuda iştirak edən vətəndaşların 65%-i münaqişəni dondurmaq üçün Ukrayna ərazisinin bir hissəsini itirməyə hazırdır. 

Respondentlərin 85%-i qəti şəkildə cəbhəyə getmək istəmir və danışıqlara mümkün qədər tez başlamaq istəyir”, - Kiva yazıb.

Keçmiş ukraynalı deputatın qeyd etdiyi kimi, Ukrayna xalqı yazda sülh danışıqlarına başlamağa ümid edir.

O, həmçinin əlavə edib ki, ukraynalılar münaqişədən yorulur.

Daha əvvəl KİV-lər bildirmişdilər ki, almanların 41%-i münaqişəni dayandırmaq üçün Ukraynaya ərazi güzəştləri ilə razıdır.