ABŞ Prezidenti Donald Trampın adı ilə fəaliyyət göstərən Trump Mobile mobil operatoru məlumat sızıntısı ilə gündəmə gəlib.
QHT.az xarici mediaya istinadən bildirir ki, “BYOD” adlı haker qrupu dark web-də şirkətin 3 615 abunəçisinə aid məlumatları ələ keçirdiyini və yayımladığını açıqlayıb. Hakerlərin iddiasına görə, sızdırılan məlumatlar şirkətin aktiv abunəçi bazasının böyük hissəsini əhatə edir.
Məlumat sızıntısında istifadəçilərin adları, elektron poçt ünvanları, telefon nömrələri və ev ünvanlarının yer aldığı bildirilir. İddialara görə, məlumatları sızdırılan şəxslər arasında şirkətin bəzi rəhbər şəxsləri də var.
Hadisə Trump Mobile-ın son dövrdə üzləşdiyi problemlərin fonunda baş verib. Şirkət daha əvvəl smartfonlarla bağlı texniki problemlər və qiymət dəyişiklikləri ilə gündəmə gəlmişdi.
Məlumat sızıntısının necə baş verdiyi və şirkətin hadisə ilə bağlı hansı tədbirləri gördüyü barədə əlavə detalların açıqlanması gözlənilir.












