Telefonun bateriyasını doldurmaq üçün əsas qaydalara məhəl qoymamaq batareyanın ömrünün qısalmasına səbəb olur. Smartfonun batareyasını 100% doldurmaq lazım deyil.
QHT.az xəbər verir ki, telefonun batareyasını tamamilə boşalana və doldurulana qədər gözləmək lazım deyil. Əksinə, batareyanı qısa seanslarda mümkün qədər tez-tez doldurmaq daha yaxşıdır.
Dünya ekspertləri bu qənaətə gəliblər ki, batareyanın işləmə müddəti üçün optimal şarj "20-80" arası olmalıdır. Yəni smartfon 20%-dən az boşaldılması və 80%-dən çox doldurulması tövsiyə olunmur. Smartfonu bir gecədə şarjda buraxmaq da tövsiyə edilmir.
Məlumat üçün bildirək ki, smartfonunuzu tez doldurmaq lazımdırsa, sadəcə “təyyarə rejimini” yandırın. Bu rejim ilkin olaraq uçuşlar zamanı aktivləşdirmək üçün mobil telefonlarda tətbiq olunsa da, gündəlik həyatda çoxlu tətbiqlərə malikdir. Hətta smartfonunuzu daha az enerji ilə doldurmağa imkan verəcək.
Pərvanə Fərhadqızı












