Zonquldakın Alaplı rayonunda müştəriyə qarşı kobud davrandığı iddia edilən marketçinin köşkü bələdiyyə komitəsinin qərarı ilə 1 ay müddətinə bağlanıb. Zolaq çəkilərək bağlanan piştaxtanın üzərinə “Bu piştaxtanın sahibi müştəriyə qarşı kobudluq etdiyi üçün 1 aydır bağlanıb” yazısı qoyulub.
QHT.az xəbər verir ki, Zonquldakın Alaplı rayonunda bazar rəhbərinin ötən həftə çərşənbə günləri qurulan üstü örtülü bazarda vətəndaşa qarşı kobud rəftar etdiyi iddia edilir.
Bunun üzərinə vətəndaş Alaplı Bələdiyyəsi Polis Şöbəsinə şikayət edib. Qruplar məsələni araşdırdıqdan sonra şuranın qərarı ilə marketçiyə 1 ay bazarı açmama cəzası verilib.
Pərvanə Fərhadqızı












