Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin üzvü olan dövlətlər tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki DİM-lərdən birinin də yoxsulluğun bütün formalarına hər yerdə son qoyulması olduğunu vurğulayıb.
QHT.az xəbər verir ki, o bu sözləri bu gün "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüziv" mövzusunda keçirilən Konfransda bildirib.
Sahil Babayev həmçinin bu məqsədin icrası çərçivəsində ölkəmizdə atılan addımları qeyd edib: “8-ci DİM – “Layiqli əmək və iqtisadi artım” çərçivəsində həssas əhali qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması üçün aparılan işlər təqdirəlayiqdir”.
Pərvanə Fərhadqızı












