Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə iyunun 21-22-də “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi keçiriləcək.

Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin müdiri Mayis Musayev bildirib ki, panellərdə müzakirə ediləcək mövzulara yerin dərinliyindən beyin dərinliyinə köç - Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu, köçü qarşıla - Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi, yeni səhifəyə keç - Rəqəmsal transformasiya və insan resursları, məşğul insan - Strateji insan resursları idarəetməsi daxildir.

QHT.az xəbər verir ki, İnsan Resursları Zirvəsinə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq.

 

 

Pərvanə Fərhadqızı