“DİM dialoqları təşəbbüsünün “Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası prosesini irəliyə aparmaq üçün vacib platformadır”. – bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Bahar Muradova qeyd edib ki, bu təşəbbüs maraqlı tərəfləri bir araya gətirməklə bu istiqamətdə səylərin birləşdirilməsi yolu ilə dinamik və inklüziv cəmiyyət quruculuğuna töhfə verməkdədir.

QHT.az xəbər verir ki, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün inklüziv artımın və sosial inklüzivliyin daha da gücləndirilməsi perspektivləri” və “2030-cu ilə doğru: İnklüziv sosial-iqtisadi inkişafa baxış” mövzularında panel iclasları keçirilib. Panel iclaslarında Azərbaycanda sosial-iqtisadi inkişafa dair təqdimatlar olub.

 

Pərvanə Fərhadqızı