Sosial şəbəkələrdə “No war”, yəni müharibəyə yox! ifadəsinin gənclər tərəfindən səsləndirilən şüarına Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov da münasibətini bildirib.
QHT.az xəbər verir ki, sədr qeyd edib ki, Azərbaycan torpaqları otuz il işğal altında qaldı: “Hər iki tərəf münaqişənin sülh yolu ilə həll edilməsi ilə bağlı beynəlxalq birlik qarşısında öhdəlik götürdü. Azərbaycan tərəfi daimi bu öhdəliklərə sadiq qaldı. Lakin Ermənistan tərəfi daimi bizi müharibə ilə təhdid edirdi. Yeni müharibə yeni ərazilər deyərək bizi təslimçiliyə sövq edirdilər. "Sülh quşaları" onda harada idi? "Sülh quşaları" ermənipərəst mənbələrdən maliyyə dəstəyi alaraq, canfəşanlıq etmələri heç kimə sirr deyil”.
Pərvanə Fərhadqızı










