“Kim müharibə istəyir axı? Azərbaycan 44 günlük müharibədə 2907 nəfər, 11557 nəfər isə birinci Qarabağ müharibəsində Şəhid verib. Hələ əsir götürülən, itkin düşən, yaralanan, qaçqın, məcburi köçkün və s dərdlərimizi demirəm”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib. QHT sədri qeyd edib ki, bir qrup anlamalıdır ki, həm ölkəni, dövlətini sevib, maraqlarını qoruyub, həm də müharibə əleyhinə olmaq mümkündür: “Amma sənin evinə girib səni öldürənə "no war" demək olmur. Ermənistan bizim torpaqlarımıza təcavüz edib, hətta bunu qərəzli, min sifət beynəlxalq qurumlar qəbul edib. Sənə güllə atana gül ilə cavab vermək olmur”.

 

Pərvanə Fərhadqızı