“Ermənistandan Azərbaycana qaçqınlıq, Azərbaycanın Qarabağından köçkünlük həyatı yaşamağa məcbur olan əhalinin dözülməz yaşantısı, Şəhidi, itgini, girovu, qazisi, qocası, körpəsi, qızı, gəlini soyqırımı- erməni təcavüzü 44 günlük müharibə və QƏLƏBƏ!!!

Özünü Azərbaycanlı sayan qondarma “Vətən” sevdalıları yenə avropasayağı sevdalanıb, bunları qəbullanmayan erməniyə dayı deyirlər. Nəyin bahasına? Ağızlarına atılan it yalının hesabına...”.

QHT.az xəbər verir ki, bu sözləri "Xankəndi" məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib. QHT sədri qeyd edib ki, belə olmasaydı xaricdən manipulyasiya olunan bir qrup riyakar Bakıda "İştirak Evi" adlanan yeni strukturda "Liberallar Dərnəyinin aksiyası" kimi təqdim olunan "Niyə No War?" sloqanı ilə ictimai müzakirə keçirə bilməzdilər: “Niyə indi yada düşüb “Müharibəyə yox” demək! Erməni işgalçısının sağ əlinə çevrilib, sol əllə qələbəmizə çamur atan sizin kimi “liberallara” lənət olsun! Nə yazıq sizlərə...”.

 

Pərvanə Fərhadqızı