Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır.

 

QHT. az  APA-a istinadən  xəbər verir ki, bu "Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat"da öz əksini tapıb.

 

Qeyd olunub ki, bu barədə Ermənistanın öz mətbuatlarında çoxlu neqativ məlumatlar işıqlandırılır. Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur.

 

"Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir ekoloji baxımdan mütləq ölkəmizə təsir edir. Ermənistan Espoo konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan hansısa fəaliyyət barəsində məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalı, razılıq əldə ediləndən sonra hansısa fəaliyyət həyata keçirilməlidir" - deyə hesabatda bildirilib.

 

Qeyd edək ki, hesabatda Ermənistan ərazisində yerləşən 26 ədəd filiz hasilat yataqlarının kosmik monitorinqinin nəticələri yer alıb. Kosmik monitorinq işləri SPOT 6 və Azersky (SPOT 7) peyklərinin 2017 və 2023-cü il tarixlərində çəkilmiş peyk təsvirləri əsasında icra olunub.

 

Monitorinq edilən yataqların siyahısı:

 

Qafan dağ-mədən sənayesi,

Voskedzor qızıl-polimetal mədəni,

Arcut qızıl mədəni,

Yuxarı Vardanidzor qızıl və polimetal mədəni

Meqhasar qızıl mədəni

Azatek qızıl mədəni

Armanis qızıl-polimetal mədəni

Qaraberd qızıl, gümüş mədəni

Meqradzor qızıl, gümüş mədəni (iki yataq)

Hankasar mis, molibden yatağı

Şamlux mis, qızıl, gümüş mədəni

Sotk qəzıl, gümüş mədəni

Amulsar qızıl mədəni

Aqarak mis, molibden mədəni

Tequt mis, molibden mədəni

Qaracan mis, molibden mədəni

Aygedzor mis, molibden mədəni

Liçkvaz -Tey qızıl mədəni

Lichk qızıl, gümüş, mis mədəni

Mqart qızıl, gümüş mədəni

Sofi Binay qızıl, gümüş, aink mədəni

Dastakert mis, molibden mədəni

Razdan dəmir mədəni

Tuxmanuk qızıl mədəni

Mərcan qızıl gümüş mədəni.