Keçmiş məcburi köçkünlərin Laçın rayonunun Zabux kəndinə ilk köç karvanı yola salınıb. 

 

QHT. az Oxu.Az-a istinadən məlumatına görə, 20 ailədən (88 nəfər) ibarət olan köç karvanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən Laçın rayonunun Zabux kəndinə yola salınıb.

Bu gün Laçın rayonunun Zabux kəndinə ilk köç karvanı yola salınır. 

 

Oxu.Az-ın məlumatına görə, ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

 

Xatırladaq ki, keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış massivindən Laçın rayonunun Zabux qəsəbəsinə yola salınırlar. 

 

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.