“Bu gün çox təssüf hissi ilə bildirirəm ki, Azərbaycanının uğurlarına bəzi gənclər ləkə vurmağa çalışırlar. Özlərinə dırnaq arası "Müharibəyə yox deyək" sülhsevər bir təşkilat yaradaq xarici mənbələrdən dəstək alaraq Azərbaycanı işğalçı dövlət hesab edirlər. Ermənilər ilə qardaşlıq və dostluq quraq şüarı altında sosial şəbəkələrdə çağırışlar edirlər. Onlar bizim nə qazilərimizə nə də şərhlərimizə hörmət qoyurlar. Bunlar guya sülh istəyirlər. Onlar şüarlarla sadəcə danışmağı sevirlər”.

QHT.az xəbər verir ki, bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirib. QHT sədri bildirib ki, təsadüfü deyil ki, "müharibə əleyhdarları" qarabağlı erməni separatçılarını "hələ 1991-ci ildə müstəqiliklərini elan etmiş xalq" hesab edirlər: “Onlar üçün nə Vətən uğrunda can vermiş şəhidlər uca zirvə deyil, nə də xalq ən üstün bilinəcək məqam deyil. Bunlar üçün Vətən sadəcə özlərini yaxşı hiss etdikləri məkandır. Belə görünür ki, onlar sülhsevər və müharibə əleyhdarları deyil - dövləti və xalqı bəyənmirlər. Belə təşkilatlar xəyanətkar, vətənini və dövlətini sevməyənlərdir”.

 

Pərvanə Fərhadqızı