Son illərdə sosial medianın gücü dünyada bir çox mühüm sosial və siyasi mövzularda bizi dinləmək platformasına çevrilib. Sosial media Azərbaycan gəncləri üçün ədalət çağırışlarını daha geniş auditoriyaya çatdırmaq və bütün dünyada dəstək toplamaq üçün güclü vasitə olub. Lakin bu gün sosial şəbəkələrdə ən populyar həştəq “no war”dır. “No war”, yəni müharibəyə yox! Bu ifadənin döyüş şəraitində olan Azərbaycanın vətəndaşı tərəfindən məlum məsələlər haqqında deyilməsi düzgün deyil, çünki “No war” işğalçı bir ölkənin əhalisi tərəfindən səsləndirilən şüardır.
QHT.az xəbər verir ki, “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseyinli bildirib ki, 44 günlük müharibədən sonra əsl sülh quruculuğu ilə məşğul olanlar qalıb kənara, prosessəsdən yetərincə məlumatlı olmayan, həssas məqamları yetərincə dəyərləndirməyən qruplar ortaya çıxıblar: “Bəlkə də özləri də bilmədən müəyyən qrupların oyununa çevrilirlər. Təbii ki, bu da acı həqiqətdir. O qədər şəhidin ruhuna təhqirdir”.
Pərvanə Fərhadqızı










