USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi regionlarda “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhənin icrası davam edir. 

 

Artıq layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin ikinci mərhələsi uğurla başa çatmışdır. Bu mərhələdə Şirvan şəhəri, Sabirabad və Saatlı rayonlarında fəaliyyət göstərən ekspertlər və fokus qrup üzvlərinin iştirakı ilə onlayn görüş keçirilmiş, sorğunun nəticələri müzakirə olunmuş və İctimai Vəkillik Strategiyasının ilkin versiyası qəbul edilmişdir. Həmin versiya layihə üzrə ekspert Günel Səfərova ilə müzakirə edilmiş və razılaşdırılmış son versiya fəaliyyət üçün əsas götürülərək qəbul edilmişdir.

 

Növbəti - üçüncü mərhələdə İctimai Vəkillik Fəaliyyətləri həyata keçiriləcəkdir.